Qapanmalar bu xəstəlikləri artırıb - Psixoloqdan HƏYƏCAN TƏBİLİ
Tarix: 1-04-2021, 19:20
Baxılıb: 3 553
Google+ Paylaş
Tumblr Paylaş

Qapanmalar bu xəstəlikləri artırıb - Psixoloqdan HƏYƏCAN TƏBİLİ

1-04-2021, 19:20

Son günlərdə küçələrdə dilənçilərin sayı çoxalıb. O cümlədən əli sarğılı xəstələr, qucağında uşaqlı analar, əlində şəkilli evdə xəstəsi olanlar, pulu oğurlananlar, dərman almağa pulu çatmayanlarla və.s də az rastlaşmırıq. Yaxud sosial şəbəkələrdə iş axtaranlar, kömək istəyənlər, bank kartlarının şəkillərini paylaşanlar az deyil. 
Psixoloq Fərqanə Mehmanqızı düşünür ki, gedişat bu cür davam etsə, yəni qapanmalara gedilsə, ölkədə oğruların, qapqaççıların sayı da artacaq. Bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq qeyd edib ki, səbəb işsizlik, maddi sıxıntılar, səfalətdir:
"Karantin rejimi, qapanmalar iş yerlərinin itirilməsi deməkdir. Yeni iş yerlərinin açılması isə dayandırılır. Bu da ehtiyacların ödənməməsi deməkdir. Bununla yanaşı, marketlərdə ərzaqların qiymətində bahalaşma müşahidə edilir. Deməli, vəziyyət gərginləşir.

Ümumiyyətlə dünyada insanların qorxudğu ən böyük cəza hər hansı cinayətə və ya qanun pozuntusuna görə, azadlıqdan məhrum edilməkdir. Qapanma da nədir? Azadlıqdan məhrumetmə… İnsanlar psixoloji cəhətdən buna hazır deyillər, həzm edə bilmirlər. Bir ildir, biz etmədiyimiz hərəkətin cəzasını çəkirik. Günahsız yerə cəzalandırılan insanların psixologiyasını düşünün. Biz bu gün həmin durumdayıq”.

F.Mehmanqızı bildirib ki, Azərbaycanda artıq insanlar psixoloji cəhətdən çox aqressivləşib:
"Ailədaxili cinayətlər, daxilə qapanma, somatik depressiya, panik atak kimi xəstəliklər artıb. O cümlədən şəkərli, təzyiqli xəstələrin sayında da çoxalma müşahidə edilir.  Görürsünüz, intiharlar da çoxalır. Bu, hələ bizim bildiyimiz informasiyalardır. Bəlli olmayan statistik göstəricilər də var. Doğru-düzgün aparılan araşdırmalar yoxdur. Gizlədilən, ört-basdır edilən məlumatlar kifayət qədərdir. Həmişə deyirəm ki, gündəlik ölüm sayı ilə bərabər intiharların sayını da göstərsinlər. Bu kimi şeylərə görə, insanlar mənəvi cəhətdən artıq məhv olublar. Ona görə də psixoloji sarsıntı keçirən cəmiyyətin bu vəziyyətdən necə çıxacağını bilmirəm”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ