Britaniya ştammına qarşı effektli vaksin - ŞAD XƏBƏR
Tarix: 6-02-2021, 16:45
Baxılıb: 5 687
Google+ Paylaş
Tumblr Paylaş

Britaniya ştammına qarşı effektli vaksin - ŞAD XƏBƏR

6-02-2021, 16:45

“AstraZeneca” vaksini Britaniya ştammına (B.1.1.7) qarşı effektlidir.
Bunu vaksinin hazırlanmasında ortaq olan Oksford Universitetinin Vaksin Qrupunun direktoru Endryu Pollard açıqlayıb.
Onun sözlərinə görə, vaksin orijinal virus hüceyrələri ilə yanaşı, mutasiyaya uğramış hüceyrələrə də təsir göstərir.
Oksfordun vaksin sınaqlarında iştirak edən professor Sara Gilbert isə koronavirusların qrip viruslarına nisbətən mutasiyaya daha az meylli olduğunu, lakin pandemiya zamanı dolaşan viruslar arasında bir mutant variantın hakim ola biləcəyini ifadə edib.
O, lazım olduğu təqdirdə qripdə olduğu kimi vaksinlərin mutasiyalara əsasən yenidən nizamlana biləcəyinə diqqət çəkib.
Qeyd edək ki, daha əvvəl “Pfizer-BioNTech” və “Moderna” hazırladıqları COVID-19 peyvəndlərinin mutasiyaya qarşı təsirli olduğunu açıqlamışdı.
İlk dəfə İngiltərədə sentyabr ayında aşkarlanan yeni mutant variant dekabr ayında bütün ölkədə dominant tip olmağa başlamışdı.
70% daha sürətli yayılan və 60 yaşdan yuxarı 30-40% ölümcül olan mutasiyadan sonra krallıqda ümumi itki sayı 100 mini keçib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ