Koronavirusa qarşı yeni təsirli dərmanlar tapıldı
Tarix: 27-07-2020, 10:21
Baxılıb: 2 941
Google+ Paylaş
Tumblr Paylaş

Koronavirusa qarşı yeni təsirli dərmanlar tapıldı

27-07-2020, 10:21

ABŞ Tibb Tədqiqatları İnstitutunun alimləri SARS-CoV-2 coronavirusun replikasiyasını dayandıra biləcək iyirmidən çox yeni dərman təyin edib.
Bu barədə “Nature” jurnalında dərc olunan məqalədə bildirilib.
Tədqiqatçılar koronavirusun çoxalmasını dayandıra biləcək dərmanı tapmaq üçün ən böyük dərman məlumat bazasını təhlil edib. Təsdiq edilmiş antiviral aktivliyi olan cəmi 100 molekul müəyyənləşdirilib və xəstələr üçün təhlükəsiz olan konsentrasiyalarda 21 dərmanın effektivliyi təyin edilib. Bundan əlavə, COVID-19 müalicəsində istifadə olunan dörd dərman remdesivir ilə sinerjistik olaraq işlədiyi qeyd olunub.
Artıq iki dərman FDA tərəfindən təsdiqlənib: ciyər xəstəliyi üçün antiallergen astemizol və klofazamin. Tədqiqatçılar hazırda 21 dərmanı kiçik heyvan modellərində və orqanoidlərdə - insan orqanlarını təqlid edən üçölçülü ağciyər modellərində sınaqdan keçirlib.
Alimlərin fikrincə, clofazimine, hanfangchin A, apilimod və ONO 5334 ən yaxşı qısamüddətli effektiv müalicə variantlarını təmsil edir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ