Azərbaycanda koronavirusa əsasən qadınlar yoluxur - SƏBƏB
Tarix: 20-07-2020, 18:55
Baxılıb: 4 528
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda koronavirusa əsasən qadınlar yoluxur - SƏBƏB

20-07-2020, 18:55

Yoluxma statistikasında hazırda müsbət dəyişiklik var.
Bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Yoluxmalarda artım gözlənilir, lakin hələ ki, biz bunu görmürük. Çünki virusun müəyyən inkubasiya dövrü var. Unutmayaq ki, koronavirus realdır, mövcuddur. Buna görə də ətrafımızdakı insanları qorumalıyıq".
Şahmar Mövsümov əlavə edib ki, yas mərasimlərinə gələn insanlara məhdudiyyət qoyulması düzgün olmaz:
"Lakin sosial məsafənin qorunması vacibdir. Amma kiminsə yaxını vəfat etdikdə, böyük yas mərasimlərinin keçirilməsi düzgün deyil. Dünya ölkələrində kişilər daha çox yoluxursa, bizdə əksidir. Çünki bizdə yas mərasimlərində qadınlar daha çox iştirak edirlər. Buna görə də xahiş edirəm ki, yeni reallığı dərk edib, riskləri nəzərə alaq".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ