Həftənin ilk günü hava necə olacaq?
Tarix: 30-08-2021, 09:16
Baxılıb: 4 051
Google+ Paylaş
Tumblr Paylaş

Həftənin ilk günü hava necə olacaq?

30-08-2021, 09:16

Bu günə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26° isti, gündüz 33-37° isti, Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Avqustun 30-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 25-30° isti olacaq.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ