ABŞ Belarusa qarşı sanksiyalar hazrılayır
Tarix: 29-05-2021, 14:43
Baxılıb: 3 274
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ Belarusa qarşı sanksiyalar hazrılayır

29-05-2021, 14:43

Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və digər tərəfdaşlarla əməkdaşlıq edərək Belarus hakimiyyət orqanlarının əsas nümayəndələrinə qarşı ünvanlı sanksiyalar hazırlayır və bu respublikadan doqquz dövlət müəssisəsinə qarşı daha əvvəl ləğv olunmuş məhdudiyyətləri bərpa etmək niyyətindədir.
Avromedia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki mətbuata açıqlamasında bildirilib.
Məlumata görə, sanksiyalar davamlı insan haqları pozuntuları və korrupsiya, 2020-ci ildəki saxta seçkilər və 23 may hadisələri (“Ryanair” təyyarəsi ilə əlaqəli – red.) səbəbindən tətbiq ediləcək.
Dövlətə məxsus müəssisələrə qarşı sanksiyalar 3 iyunda yenidən tətbiq olunacaq.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Co Bayden Minskə qarşı sanksiyaların tətbiq ediləcəyini elan etmişdi./qafqazinfo
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ