51 yaşın fikirləri-Faiq Hüsiyev
Tarix: 8-11-2021, 08:36
Baxılıb: 1 486
Google+ Paylaş
Tumblr Paylaş

51 yaşın fikirləri-Faiq Hüsiyev

8-11-2021, 08:36


-Faiq müəllim keçən il 50 yaşınız tamam oldu, bu yubileyiniz qələbəmiz ilə üst-üstə düşdü, indi 51 yaşınız tamam olur, ilk öncə Zəfər günümüz və ad gününüz münasibətilə sizi təbrik edir və fürsətdən istifadə edib Milli jurnalistikamızın tanınmış siması, əməkdar jurnalisti kimi sizinlə müasir jurnalistikamızın durumu haqda söhbətləşmək istərdim.

-Təbrikə  görə təşəkkür edirəm, mən də başda Ali Baş Komandan olmaqla bütün xalqımızı təbrik edirəm. Çox sağ olun ki, unutmursunuz. Söhbətə belə mövzu ilə başlamaq çətindir. Bir sözlə desəm  müasir jurnalistikamızın durumu stabildir.
-Hansı mənada stabildir? Söhbət jurnalistikadan- dördüncü hakimiyyətdən gedir. 
- Bilirsiniz, məncə etiraf etmək lazımdır ki, artıq dördüncü hakimiyyət yoxdur. Özümüzü aldatmayaq. Bu ad altında ancaq xidməti  personal fəaliyyət göstərir.  Digər tərəfdən, fikir verirsinizsə bədii zövqün, ictimai dəyərlərin və informasiya mühitinin formalaşdırılmasında ənənəvi medianın əvvəlki rolu qalmayıb. İndi insanlar sosial şəbəkə tərbiyəsinin daşıyıcılarına çevrilib. Yəqin ki,dördüncü sənaye inqilabının uşaqları bu cür tərbiyənin daşıyıcıları olmalı idilər və oldulr. Baxın, əvvəllər ayıb sayılan hər hansı bir hərəkət və ya yaşam tərzi indi həyat normasına  çevrilib. Klassik dəyərlərin  daşıyıcıları üçün bu cür münasibətlər sistemində yaşamaq çox çətindir. Bu yaxınlarda bir ağsaqqal qohumumdan məsləhət almaq üçün dedim ki, “sən dünya görmüş adamsan...” ,sözümü kəsib cavab verdi kı, “Yox, mən belə dünyanı görməmişdim. Mənim gördüyüm dünya başqa idi”...Elə bil ki,həyatın dadı qaçıb!
-Yaman pessimist səslənid...
-Niyə ki? Reallığımız belədir.
- Bəs onda müasir jurnalistika necə olmalıdır?
-İndiki dövrün devizi çeviklik və uyğunlaşmaq bacarığıdır! Amma gərək öz sifətini də itirməyəsən. Bizim yaxşı jurnalistlərimiz çoxdur. Novatorları da var. Cəmiyyətə , yeri gələndə hər bir fərdə gərəkli olmaq lazımdır. Hər birimizin əmək fəaliyyətinin  cəmiyyət üçün əhəmiyyəti  insanlara verə biləcəyimiz  xeyirlə ölçülür. Təəssüf ki, indi  ümumilikdə KİV-in  təsir qüvvəsi itib. Hər hansı bir tənqidi materiala isə “İt hürər karvan keçər” prinsipi ilə yanaşırlar. 
-Başqa bir el məsəlimiz də var. “Dəyirman öz işindədir, çaq-çuq baş ağrıdır”.
-Qəbul edirəm. Hər halda acınanacaqlıdır.
-Dediniz ki, KİV-in  təsir qüvvəsi itib. Bu təkcə bizdə belədir ,yoxsa planetar miqyas daşıyır? Bəs necə etmək olar ki, KİV-in təsir qüvvəsi bərpa olunsun?
- Əvvəla unutmayaq ki, bizim KİV tamam başqa reallıqlar sistemində, mühitində  yaşayır. Bu baxımdan hər ölkənin öz reallıqları var. KİV-in təsir qüvvəsinin bərpası  kompleks yanaşma tələb edən böyük bir məsələdir. Mən bununla bağlı öz təkliflərimi dəfələrlə səsləndirmişəm. Maliyyə müstəqilliyindən tutmuş yeni təfəkkürlü rəhbərlik mexanizmlərinə  qədər kompleks yanaşma lazımdır. 
-Maliyyə müstəqilliyi deyəndə yəqin ki, reklam bazarını nəzərdə tutursunuz?
-Burada söhbət tək reklam bazarından getmir. Hərçənd ki, reklam bazarı çox böyük önəm kəsb edir. Baxın inkişaf etmiş dövlətlərdə Ümumi Daxili Məhsulun 1-2 faizi reklama yönəldilir ki, KİV-lərin fəaliyyəti dəstəklənsin. Ölkəmizin  iqtisadiyyatı inkişaf edir. Azərbaycanın 2020-ci il üçün ÜDM -i  72 milyrd manatdan çox olub. Bu məntiqlə bizim reklam bazarımız 720 milyon manat olmalı idi. Amma bizim reklam bazarımda o qədər maliyyə vəsaiti firlanmır axı. Heç ÜDM-in  0,1 faizi də yoxdur. Hələ nəzərə alın ki, pandemiya ilə əlaqədar ÜDM 2019-cu illə müqayisədə 4 faizdn çox azalıb.
-Bəs KİV-ə  rəhbərliklə bağlı məsələ necə?  Rəhbər şəxsdə hansı bacarığı daha üstün sayırsınız?
-İntuitiv şəkildə düzgün qərar vermək bacarığı. Bəzən qərarı verəndə ağılla yanaşı, daxili intuisiya ilə də məsləhətləşmək lazımdır. Sadəcə rəhbər şəxs olmaq lazım deyil, Lider olmaq lazımdır.  Əsl Liderlər güclü intuisiyaya -duyum hissinə malik olurlar. Həmişə demişəm, yenə də təkrarlıyıram hər bir KİV-in siması  ilk növbədə onun rəhbərinin simasıdır.  Bir də ki, peşə uğurları səndən asılı olan şəxslər üçün münbit şərait yaratmaq və ədalətli olmaq lazımdır. Məqamı gələndə kollektivlə məsləhətləşmk də lazımdır. Çünki, kollegial şəkildə qərarlar qəbul edildikdə məsuliyyət hissi bərabər paylanmış olur.
-Bəs rəhbərliklə dil tapmaq alınmırsa?
-Heç nə...Onda hər kəs öz bacardığı işi görməklə məşğul olur. Uber -ə qoşulub taksi sürür...
-Mövzunu dəyişmək istəyirəm.Sizinlə Zəfər günü ərəfəsində görüşürük. Bu günü hansı hisslərlə garşılayırsınız?
-Təşəkkür edirəm ki, mövzunu bu istiqamətə yönəltdiniz. Mən Sumqayıt şəhərində doğulub boya-başa çatsam da əslim Qubadlı raynundandır. Bu gün o torpaqların, nəinki Qubadlının, bütünlükdə Qarabağın və Şərqi Zəngəzurun  işğaldan azad eilməsi bir azərbaycanlı kimi ilk növbədə milli qürurumun qaytarılması deməkdir. Bir haşiyəyə çıxım. Mən adətən tez yatıram. Qubadlının işğaldan azad olunması xəbərini Ali baş komandan İlham Əliyev televiziyadan elan edəndə mən yatmışdım. Oğlum Nuran gəlib məni yuxudan oyadıb qucaqladı və ağlayaraq dedi ki, ata ordumuz Qubadlını azad edib... Qubadlını heç vaxt görməyən, Bakıda boya-başa çatan 16 yaşlı yeniyetmənin hisslərini təsəvvür edirsiniz? İndi mənim hissələrimi də təsəvvür edin. Çox heyfislənirəm ki, rəhmətlik atam bu günü görmədi...Mən həmişə 9 may Qələbə gününü qeyd edirəm. Çünki rəhmətlik babalarımın hər ikisi müharibə veteranı idi. İndi isə həmin o babalarımın yurd yerlərinin azad olunmasını sonsuz coşqu ilə qeyd edirəm! Mən Həcc ziyarətində olarkən Uca Yaradandan dilək etmişdim ki, sağlığımda ikən dədə-baba torpaqlarımı yenidən azad görməyi mənə nəsib etsin! Bu mənim həyatdakı ən böyük arzum idi. Şükür Allaha ki, bu arzum ürəyimdə qalmadı!
-Bilirəm ki, siz özünüz də dəfələrlə cəbhəyə gedib yardımlar aparmısınız. Feysbukda paylaşımlarınızı görmüşəm. Hətta indinin özündə belə şəhid və qazi ailələrinə dəstəyiniz olur.
- Fəaliyyətimi izlədiyinizə görə çox sağ olun! Mən dostlarımla bərabər yığdığımız vəsait hesabına  bir -neçə dəfə hərbi hissələrimizə yardım aparmışam. Bu bir mənəvi borc məsələsidir. Əsgər və zabitlərimizə ömür boyu bitməyəcək borcumuz var. Bu həm də bir vətəndaşlıq borcudur. 
-Məncə siz 50 illik yubileyinizi də döyüşlər gedəndə cəbhədə qeyd etmişdiniz.
-Bəli mən 50 illik yubileyimi də cəbhədə əsgər və zabitlərimizlə qeyd etmişdim. Allah onları qorusun! Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı bahasına biz bu torpaqda qürurla gəzirik. Mən “sağ əlin verdiyini sol əl bilməməlidir” deyiminin tərəfdarıyam. O, feysbukdakı paylaşımları ona görə edirəm ki, kimin imkanı çatırsa onlar da  bu səpkili xeyriyyə aksiyalarına  qoşulsunlar. Belə dəstək aksiyaları mütəmadi  xarakter alsın. Düzdür dövlətimiz şəhid və qazi  ailələrini  qayğı ilə əhatə edir. Amma biz vətəndaşlar da əməllərimizlə göstərməliyik ki, şəhid və qazi  ailələri  unudulmur. Bu həm də şüurlu vətəndaş mövqeyi və milli birliyimizin göstəricisidir. Mən belə düşünürəm.
- 51 yaşınız tamam olur. Bu 51 il sizə nəyi öyrətdi? Geriyə baxanda nələr var? Gələcəyə baxanda nələri görürsünüz?
- Bu haqda çalışıram çox düşünməyim. İnsanın həyata baxışları keçmişdə topladığı təcrübənin əsasında formalaşır. Hərənin də ki, öz keçmişi var... Keçilən yollar da ,təcrübələr də müxtəlifdir. Gələcəklə bağlı hər şeyin düzünü isə Allah bilir!
-Sizi bir daha təbrik edirəm!
-Mən də sizə diqqətinizə görə təşəkkür edirəm.
Bilman İSAQ
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ