“Taliblər” Baqlan əyalətinin üç rayonunu geri alıblar
Tarix: 23-08-2021, 08:26
Baxılıb: 2 192
Google+ Paylaş
Tumblr Paylaş

“Taliblər” Baqlan əyalətinin üç rayonunu geri alıblar

23-08-2021, 08:26

"Taliban" hərəkatının döyüşçüləri Əfqanıstanın Baqlan əyalətində müqavimət qüvvələrini geri oturdaraq, üç rayon üzərində nəzarəti bərpa ediblər.
Avromedia.az-ın məlumatına görə, bu barədə “RİA Novosti” agentliyi bildirib.
"İndi Baqlanın heç bir yeri müqavimət qüvvələrinin nəzarəti altında deyil", - mənbə agentliyə əlavə edib.
“Taliblər”in Puli-Xesar, Deh-Salah və Banu rayonlarını geri almağa müvəffəq olmaları barədə Əfqanıstanın Müdafiə Nazirliyinin başçısı Bismilla Xan Məhəmmədi də bildirib.
Bu gün “Taliban”la qarşıdurmanın yeganə mütəşəkkil mərkəzi kimi əsasən yerli taciklərin təmsil etdiyi Pəncşirin adını çəkmək olar.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ