Bakıda iki il sonra bu festival başladı
Tarix: 7-07-2022, 08:10
Baxılıb: 1 032
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda iki il sonra bu festival başladı

7-07-2022, 08:10

İki illik fasilədən sonra Bakı yay caz günləri (Baku Summer Jazz Days) festivalı fəaliyyətini bərpa edib.

İyulun 6-da Mədəniyyət Nazirliyi və “Premier LTD” şirkətinin dəstəyi ilə təşkil edilən festivalın açılış mərasimi giriş sərbəst olmaqla Heydər Əliyev Mərkəzinin parkında açıq havada keçirilib.

Festivalı amerikalı caz pianoçu və bəstəkarı Emmet Kohen öz triosu ilə açıb.

Qeyd edək ki, trionun lideri E.Kohen caz ifaçısı, həmçinin pedaqoqdur və bütün yaş qruplarından olan tələbələrinə dinləyicilərlə ünsiyyət sənətini öyrədir. O, Nyuport, Monterey və Rotterdamda keçirilən dünyaca məşhur caz festivallarında, eləcə də Nyu Yorkdakı “Rose Hall” və Vaşinqtondakı Kennedi Mərkəzində, bir çox məşhur musiqi məkanlarında çıxış edib. E.Kohen, həmçinin Amerika Piano Assosiasiyasının, 2019-cu il “Amerika pianoçuları mükafatı”nın sahibidir.

Həmçinin Azərbaycanın ən tanınmış gənc heyətlərindən olan “H3 Collective”in yaradıcısı və rəhbəri, caz trumpet ifaçısı və bənd lideri Firudin Həmidov öz əsrarəngiz çıxışı ilə izləyicilərə gözəl anlar bəxş edib. “H3 Collective” və F.Həmidov əsasən eysid-caz, fank-caz, hip-hop və digər müasir caz istiqamətləri üzrə çalışır.

Bakı yay caz günləri festivalının iyulun 7-də keçiriləcək növbəti proqramı məşhur İsveç-Türkiyə saksofonçusu, bəstəkar, aktyor, eləcə də prodüser İlhan Erşahinin kvarteti ilə davam edəcək.

Həmin gün, həmçinin müasir Azərbaycan caz səhnəsinin istedadlı nümayəndələrindən olan Diana Hacıyeva da öz əsrarəngiz çıxışını nümayiş etdirəcək.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ