Azərbaycanlı aktrisa vəfat etdi
Tarix: 15-02-2022, 10:15
Baxılıb: 1 316
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanlı aktrisa vəfat etdi

15-02-2022, 10:15

Füzuli Dövlət Dram Teatrının qocaman aktrisası Məryəm Məmmədova vəfat edib.

Aktrisa uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Məryəm Eyvaz qızı Məmmədova 1949-cu il iyulun 01-də Füzuli rayonunda anadan olub. İşlədiyi müddətdə Anar "Təhminə və Zaur”da Təhminə, C.Cabbarlı "Almaz”da Xanımnaz, Ə.Haqverdiyev "Dağılan tifaq”da Nazlı, M.Qacar "Qabanın səfəri”ndə Toyuq, A.Məmmədov "Həmyerlilər”də Xanım, C.Məmmədov "Sevməyə vətən yaxşı”da Nurcahan nənə, A.Səfərli "Qarabağım qan ağlar”da Sona və s. digər obrazları yaradıb.

Həmçinin Mədəniyyət Nazirliyi tərəfindən "Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 2019-cu ildə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ