Xalqın yaddaşından silinməyən sənətkar ömrü
Tarix: 23-12-2021, 13:58
Baxılıb: 2 280
Google+ Paylaş
Tumblr Paylaş

Xalqın yaddaşından silinməyən sənətkar ömrü

23-12-2021, 13:58

XALQIN YADDAŞINDAN SİLİNMƏYƏN SƏNƏTKAR ÖMRÜ

(27.08.1921-18.01.1983)

Dünyanın bəzəyi olan insanın,

Qəlbi məhəbbətlə      dolan insanın,

Qumsaldan qızılgül alan insanın

Gərəkdir özü də gül kimi olsun!

Bəli, zamanında qələmə aldığı, bu gün də sevə-sevə mütaliə edilən əsərləri, povestləri, şeirləriylə ədəbiyyatımıza özünəməxsus bəzək vuran, qəlbi məhəbbətlə alovlanan, ömrünü xalqının, dövlətinin, el-obasının maariflənməsinə həsr edən, zahirən ciddi, daxili aləmi isə olduqca mülayim ,hər zaman yumor hissi ilə dolu olan görkəmli  yazıçı - dramaturq, şair, ictimai xadim, Dövlət mükafatı laureatı, 18 ilə yaxın "Kirpi" satirik jurnalının baş redaktoru işləmiş Seyfəddin Dağlının anadan olmasının bu il 100 ili tamam olur.

Xalqın sevgisini qazanan, şərəfli ömür yolu keçən unudulmaz sənətkar Seyfəddin Əliağa oğlu Abbasov 1921-ci ilin 27 avqustunda Azərbaycanın dilbər guşələrindən biri olan Xızıda anadan olub. 

DTX-nin Mədəniyyət Mərkəzində Bakı şəhər Mədəniyyət Baş İdarəsi, Mədəniyyət TV, C.Cabbarlı ev muzeyi, Könüllülər Kitabxana İctimai Birliyinin birgə təşkilatçılığı ilə S.Dağlının anadan olmasının 100 illiyinə həsr olunmuş "Dağ vüqarlı sənətkar" adlı ədəbi - bədii gecə keçirildi.

Gecənin aparıcıları-Əməkar jurnalist, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qafar Əsgərzadə və məlahətli səsiylə dinləyənlərini heyran edən gənc aparıcı Azədə Qafarqızı tədbiri yüksək səviyyədə idarə etdilər.

Gecədə Azərbaycanın bir çox dəyərli ziyalıları - filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy, Humanitar fənlər üzrə kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru Həbib Mirzəyev, "Ədəbiyyat və İncəsənət" redaksiyasının baş redaktoru,İncəsənət xadimi Şəfəq Əlixanlı, İncəsənət xadimi, bəstəkar Rauf Məmmədov, Nəbi Xəzri yadigarı Arzu Babayev, İctimai Birliyin sədri Niyaz Eyvazov və digər ziyalılarımız S.Dağlının həyat və yaradıcılığından ətraflı çıxış edərək, ədiblə keçən vaxtlarından, yadda qalan xatirələrindən ürəkdolusu bəhs etdilər.

Mədəniyyət mərkəzinin geniş səhnəsi sənətkarın şeirləri və şeirlərinə yazılan mahnılarla coşub-çağladı. Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Azad Şükür, Əməkdar artist,mahir kanon ifaçısı Rəşad İlyasov,xanəndə Kamilə Nəbiyeva, Bakı Bələdiyyə Teatrının aktyoru, "İlin ən yaxşı gənc aktyoru" və "Humay" mükafatları laureatı Toğrul Rza Müşfiq və başqa gənc qiraətçilər, müğənnilər şairin şeirlərini və şeirlərinə yazılan mahnıları şövq ilə ifa etdilər. Səhnənin böyük monitorunda yazıçının əsərlərindən ibarət  qısametrajlı yumoristik tamaşalar  zalda əyləşən tədbir iştirakçılarını sanki bir anlıq yaxın keçmişə səyahət etməklə üzlərində təbəssüm oyatdı.

Gecənin sonunda S.Dağlı yadigarları - Qəmər xanım Sefəddinqızı, Bəhlul Seyfəddinoğlu və Altay Seyfəddinoğlu tədbiri yüksək səviyyədə təşkil olunduğunu qeyd etməklə, bütün tədbir iştirakçılarına öz minnətdarlıqla dolu öz sevgilərini bildirdilər.


Rəsmiyyə Heybətağaqızı




скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ