İrəvan Xanlığının mətbəxi dünyanın ən yaxşısı seçildi
Tarix: 4-12-2021, 08:15
Baxılıb: 1 079
Google+ Paylaş
Tumblr Paylaş

İrəvan Xanlığının mətbəxi dünyanın ən yaxşısı seçildi

4-12-2021, 08:15

Azərbaycan Milli Kulinariya Mərkəzinin “İrəvan Xanlığının Regional Mətbəxi” adlı kitabı Parisdə keçirilən Beynəlxalq “Gourmand World Cookbook Awards” mərasimində “Regional mətbəx” nominasiyası üzrə “Dünyanın ən yaxşı nəşri” seçilib.

1995-ci ildə Edouard Cointreau tərəfindən təsis edilən “Gourmand World Cookbook Awards” hər il ən yaxşı kulinariya və şərab kitablarını mükafatlandıran beynəlxalq kulinariya müsabiqəsidir.

Mükafatın məqsədi oxuculara hər il nəşr olunan on minlərlə yemək və şərab nəşrləri arasından ən yaxşı kitabları tapmaqda kömək etməkdir.

Xatırladaq ki, Milli Kulinariya Mərkəzinin “Azərbaycan Kulinariyası” və “Azərbaycan mətbəxində dolma, 381 növü” adlı iki kitabı da 2017 və 2019-cu illərdə “Gourmand World Cookbook Awards” mükafatına layiq görülüb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ