Səlcuqlar və Qarabağın Alban-Xristian mədəniyyəti, paralellər və ziddiyyətlər
Tarix: 10-08-2021, 12:36
Baxılıb: 4 017
Google+ Paylaş
Tumblr Paylaş

Səlcuqlar və Qarabağın Alban-Xristian mədəniyyəti, paralellər və ziddiyyətlər

10-08-2021, 12:36

Erməni mənşəli "elm adamlarının" və diqər "türkofob" alimlər öz "elmi" əsərlərində, təsvirlərinə görə hər şeyi məhv edən Səlcuq türklərinin mədəniyyəti və həyat tərzi haqqında xoşagəlməz ifadələrin mövcudluğu heç kəs üçün sirr deyil. Güya ki, Səlcuklular keçdiyi yerdə nə canlı, nə də ki, mədəniyyət nümunələri qalırdı, hamısını məhv edirdilər. 

Bu əsərlərdən  məlum olur ki, bu köçəri və vəhşi insanlar oturaq və yaradıcıların maddi mədəniyyətini məhv etmiş və eyni zamanda özləri öldürmək və  qoyun otarmaqdan başqa bir şey bacarmırlarmış.

Sözümə güvvə, vikipediyadan bəzi sitatlarlı nümunə kimi göstərmək olar, misal üçün Xudəvəng haqqında məqalədə bu cür sözlər yazılıb:

"XIII əsrin birinci yarısında monastır (Xudavang) Səlcuqlar tərəfindən tamamilə dağıdıldı ...."

Ya da ki:

"1064 -cü ildə Səlcuqlular qədim Ermənistanın paytaxtı Ani şəhərini dağıdıblar. ... "

Və buna oxşar minlərlə yazılara rast gəlinir.

Lakin Paradoksal olan o dur ki, memarlıq mədəniyyətinin və onomastikanın elementləri arasında paralellər aparanda, dərhal həmin "alimlər" tutuquşu kimi bir ağızdan eyni ifadələri işlədirlər :

"Müsəlmanların bölgədəki təsiri, xüsusilə Səlcuq türklərinin Qafqaza hücumundan sonra Gürcüstan və Ermənistanda yaşayan xristianların mədəniyyətinə və adətlərinə öz təsirini göstərib".

Və bütün bunlar, onu gösrir ki, bu istiqamətdə indiyə kimi ciddi elmi araşdırmaların aparılmaması səbəbindən, mənşəyi bilinməyən "alimlər" nağıllarını yazırlar və bölgənin tarixini özünəməxsus şəkildə şərh edirlər. Buna görə də, istərdim Gəncəsər Məbədi ilə bağlı xırda lakin çox əhəmiyyətli bir paralleli diqqətinizə çatdırım. Gəncəsər Məbədi tariximiz üçün nə qədər əhəmiyyətli olduğu heç kəs üçün sir deyil. Bu nəhəng tarixi abidə öz əzəmətli görnüşü və mədəniyyətimizə doğma olan memarlıq xüsusiyyətləri və ornamentləri ilə adamı valeh edir. Ən dəyərli və diqqət çəkən isə Alban Hökümdarı Asan Cəlal Dövlənin təsvirini əks etdirən barelyefdir. Qeyd etmək istəyirəm ki,

Gəncəsər Məbədinin günbəz nağarasındakı Asan-Cəlal Dövlə təsviri, bardaş quraraq oturmuş şəkildə təsvir edilmişdir.

Bu, İstmondun qeyd etdiyi kimi," Səlcuqlular sarayında hakimiyyəti təsvir etmək üçün üstünlük təşkil edən vasitə "idi. İstmondun sözünü təsdiq etmək üçün isə, sizə Nyu-Yorkun metropolitan müzeyində yerləşən Səlcuklu Sultanı Rükn ad-Dövlə va-d-Din Abu Talib Məhəmməd Toğrul-Bəy İbn Mikayılın barelyefini təqdim edirəm. Məncə artıq şərhə ehtiyyac yoxdur, hər şey aşkardı.

P.S. Məsələn, bir xristian, Xaçen Şahzadəsi Həsən Cəlal Daula oğluna İvane-Atabek, qızlarına Ruzukan, Mama Xatun və Mina Xatun adını nədən versin ki?


Sabit Coculu.






скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ