"Disney" bu filmi platformasından çıxartdı
Tarix: 19-08-2022, 08:15
Baxılıb: 1 031
Google+ Paylaş
Tumblr Paylaş

"Disney" bu filmi platformasından çıxartdı

19-08-2022, 08:15

Disney” şirkəti Ceyms Kameronun elmi-fantastik filmi “Avatar”ı xüsusi elan etmədən öz videoyayım platformasının kataloqundan çıxarıb.

Bu qərarın səbəbi açıqlanmayıb.

“Disney+” platforması “20th Century Studios” kino şirkətinin film layihələrini müntəzəm olaraq öz kataloqundan çıxarır. Bu filmin nümayişi bütün dünyada dayandırılıb.

"Avatar" filminin təkmilləşdirilmiş yeni formada “Disney+” videoyayım platformasına yenidən qayıdacağı ehtimal olunur. Lakin güman edilir ki, bu məsələ “Avatar-2: Suyun Yolu” filminin premyerasına qədər həll olunmayacaq.

Tamaşaçılar “Avatar” filmini sentyabrın 23-dən etibarən yalnız kinoteatrlarda izləyə biləcəklər. “Avatar-2: Suyun Yolu” ekran əsərinin premyerası isə dekabrda olacaq.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ