Davada qulağı qopdu, qağayı isə qulağını götürüb qaçdı
Tarix: 27-05-2022, 08:30
Baxılıb: 1 026
Google+ Paylaş
Tumblr Paylaş

Davada qulağı qopdu, qağayı isə qulağını götürüb qaçdı

27-05-2022, 08:30

Qadına qarşı şiddət göstərən gəncin qarşısını almaq cəhdi 29 yaşlı Eyup Çeliyə baha başa gəlib. Belə ki, dava zamanı o qulağını itirib.

“Haber Global”ın məlumatına görə, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.

Zərərçəkənin iddiasına görə, sahildə gənc cütlüklər arasında davanın şahidi olub. Bir müddət sonra o, qadının kömək istəyinə  biganə qala bilməyib və hadisəyə müdaxilə edib. Bundan qəzəblənən qarşı tərəf - Almaniya vətəndaşı Alparslan Seyrək qızı buraxıb və ona hücum çəkib. Dava zamanı A.Seyrək dişi ilə E.Çeliyin qulağından bir parça qopararaq yerə atıb. Bu zaman yaxınlıqda uçan qağayı onu götürərək uçub.oxu.az

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ