Sosial şəbəkələrdə təhlükəsizliyi necə təmin edək?
Tarix: 21-05-2022, 19:18
Baxılıb: 2 216
Google+ Paylaş
Tumblr Paylaş

Sosial şəbəkələrdə təhlükəsizliyi necə təmin edək?

21-05-2022, 19:18

Son on ildə sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib. Günümüzün böyük hissəsini virtual məkanda keçirir, orada yeni dostlar tapır, əylənir və gündəlik işlərimizi həll edirik.

Lakin bəzən sosial şəbəkə hesablarımıza kənardan istənilməyən müdaxilələr edilir və vacib məlumatlarımız ələ keçirilir.

Bəs sosial şəbəkələr nə dərəcədə təhlükəsizdir? Təhlükəsizlik sahəsində nələri bilməliyik?

Mövzu ilə bağlı danışan İT mütəxəssisi Qafar Əhmədov bildirib ki, sosial şəbəkələrdə təhlükəsizlik bir neçə faktordan asılıdır:

“İlk növbədə sosial şəbəkənin özünün nə dərəcədə təhlükəsiz olmasına diqqət etməliyik. Sosial şəbəkə istifadəçiləri təkcə sadə insanlar deyil. Dövlət qurumları, siyasi şəxslər, biznesmenlər, məşhur şəxslər də sosial mediadan istifadə edir. Bu mənada Facebook, Twitter kimi sosial şəbəkələr daha təhlükəsizdir. Digər tərəfdən qeydiyyatdan keçərkən təhlükəsizlik tədbirlərinə əməl etməliyik. Bəzi istifadəçilər sadə parollardan istifadə edir. Əgər istifadəçi mobil nömrəsini dəyişirsə, qeydiyyatdan keçdiyi nömrəni də yeniləməlidir”.

Ekspertin fikrincə, bəzi istifadəçilər kiber təhlükəsizliyə bir o qədər də önəm vermir:

“Əgər istifadəçinin profilinə tez-tez hücumlar olursa və ya biznes profili işlədirsə, ikili doğrulama kodundan istifadə edə bilər. Belə olanda istifadəçi hesabını açdığı zaman mobil nömrəyə təsdiqləmə kodu gəlir. Bəzi sosial şəbəkələrdə üz tanıma, yaxud barmaq izi kimi təhlükəsizlik qaydaları var. Əgər istifadəçi sadə təhlükəsizlik qaydalarına əməl etsə, ciddi problem olmaz. Gizli məlumatları olan şəxslər isə 5-6 mərhələli təhlükəsizlik tədbirlərindən istifadə edə bilər. Bəzən kimsə təhlükəsizlik parollarını telefonun not bölməsinə qeyd edir. Bu qəti düzgün deyil. Telefon koda düşəndə və ya xarab olanda bütün parollar silinir. Lakin bu elə bir sahədir ki, heç vaxt tam təhlükəsizlikdən danışa bilmərik. Kiber aləm də daim inkişaf gedir. Əgər müdafiə mexanizmi varsa, onun sındıra bilən şəxslər də var. Əslində bu məsələdə telefonun və kompüterlərin əməliyyat sistemi də mühüm rol oynayır. Pirat sistemlərdən istifadə edilən cihazlara kənardan müdaxilə çox asandır. Təəssüf ki, istifadəçilər kiber təhlükəsizliyə bir o qədər də önəm vermir”.konkret.az

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ