Limon cemi necə hazırlanır?
Tarix: 26-01-2022, 08:28
Baxılıb: 1 061
Google+ Paylaş
Tumblr Paylaş

Limon cemi necə hazırlanır?

26-01-2022, 08:28

Dadlı, ətirli, faydalı və ekzotik limon cemini təqdim edirik

O qədər dadlı, ətirli cemdir ki, onu qışa tədarük etmək istəsəniz belə alınmayacaq. Çünki bişdisə, evdə hər kəs istəyəcək və bir də baxacaqsınız ki, bankaya yığmağa qalmayıb... Limon cemi təkcə soyuq havalarda deyil, elə yay günlərində də səhərlər yağa çəkib yemək üçün əladır. Turşməzəliyi ürəkbulanması olanlara, xüsusilə də toksikozdan əziyyət çəkən hamilələrə kömək edəcək. Bir sözlə, C vitamini ilə zəngin LİMON CEMİ qoy süfrənizdə bol olsun!

Ərzaqlar:

Limon – 1 kq.

Su – 2 litr.

Şəkər tozu – 3 kq.

Hazırlanması:

Limonlar yuyulur, qurudulur, incə dilimlərə doğranılır, tumları çıxarılır. Dilimlər ləyənə yığılır, üzərinə su tökülür və düz 1 sutka kənarda saxlanılır.

Səhəri gün ləyəni odun üzərinə qoyuruq və ağzı bağlı halda – limonun qabıqları yumşalana kimi qaynadırıq. Əgər əlimizi vuranda qabığın əzildiyini görürüksə, demək şəkər tozunu tökmək olar və daha 20 dəqiqə qaynadırıq. Sonra cemi steril bankalara yığırıq və bankaları qaynar suyun içinə qoyuruq, su soyuyana kimi bankalar orada qalır.


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ