Səhər yeməyi üçün ideal resept
Tarix: 10-12-2021, 10:58
Baxılıb: 1 045
Google+ Paylaş
Tumblr Paylaş

Səhər yeməyi üçün ideal resept

10-12-2021, 10:58

Vəsaitlər:

8 dənə milfoy xəmir

1 yemək tabağı dolusu pendir

Cəfəri

Qırmızı bibər

1 yumurta sarısı

3-4 qaşıq kərə yağ.


Hazırlanması:


Milfoy xəmirini soyuducudan çıxardıb 10 dəqiqə gözlədin.

Xəmiri qopartmadan aç dedikcə açın(oxlov və ya vərdənə ilə)

Fırçanın köməyi ilə əridilmiş yağı üzərinə sürtün.

Pendir, bibər və cəfəri də səpin.

Yuxanı iki yerə bölün.

Yavaşca rulon kimi bükün.

Möhkəm sarınsa içi xəmir qala bilər.

Yağlanmış siniyə uzunlamasına düzün.

Üzərinə bir qaşıq kərə yağı və yumurta sarısı sürtün.

Əvvəlcədən 200 dərəcə qızdırılmış fırında 25-30 dəqiqə üzəri qızarana qədər bişirin.

Arzuya görə kəsərək  isti-isti servis edin.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ