İtən əşyalar tezliklə TAPILACAQ-GERÇƏKLİK
Tarix: 21-04-2021, 09:34
Baxılıb: 4 166
Google+ Paylaş
Tumblr Paylaş

İtən əşyalar tezliklə TAPILACAQ-GERÇƏKLİK

21-04-2021, 09:34

Əşyalarını tez-tez itirən insanlara dediyimiz “zəng elə, tapılsın” zarafatı gerçək olur.
Avromedia.az “Sputnik”ə istinadla xəbər verir ki, “Apple” şirkəti özünün ilk ağıllı “AirTags” nişanını təqdim edib. Onun vasitəsilə müxtəlif əşyaları – qulaqcıqdan tutmuş avtomobilədək tapmaq mümkündür.
“AirTags” “Lokator” əlavəsi ilə işləyir, bu isə “Apple” qacetlərinə quraşdırılır. Nişan itmiş əşyaların yerini xəritədə qeyd edir.
Şirkətdən söz veriblər ki, qurğu məxfilik prinsiplərinə uyğun düzəldilib və onun vasitəsilə insanları izləmək mümkün deyil.
“AirTags”ə 29 dollar qiymət qoyulub. ABŞ-da aprelin 23-dən satılmağa başlanacaq. Sonra isə digər ölkələrdə satışı gerçəkləşdiriləcək.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ