Məmurların onlayn iclası zamanı porno nümayiş olundu
Tarix: 13-02-2021, 08:32
Baxılıb: 6 310
Google+ Paylaş
Tumblr Paylaş

Məmurların onlayn iclası zamanı porno nümayiş olundu

13-02-2021, 08:32

Nyu-Yorkun şəhər şurasının onlayn iclası zamanı ekranda porno görüntülər peyda olub.
Bu barədə “Fox Business” telekanalı məlumat yayıb. Hadisə məmurların Zoom konfransının gedişində baş verib.
Şəhər şurasının nümayəndələri səhiyyə işçilərinin irqi və gender ayrıseçkiliyindən müdafiəsi mövzusunu müzakirə etdikləri zaman ekranın bir küncündə porno çarxlar görünməyə başlayıb. Müzakirələrin 20-ci dəqiqəsinə təsadüf edən bu hal iclas iştirakçılarının qəzəbinə səbəb olub.
İki dəqiqə ərzində porno görüntülərin ekrandan yığışdırılmasının mümkün olmadığını görən tədbir iştirakçıları konfransı tərk ediblər. Beş dəqiqə sonra isə iclas yenidən bərpa olunub.
Hadisədə hakerlərin əli olduğu bildirilir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ