İstanbul körpüləri Azərbaycan bayrağının rənglərində işıqlandırıldı
Tarix: 28-05-2019, 08:08
Baxılıb: 1 207
Google+ Paylaş
Tumblr Paylaş

İstanbul körpüləri Azərbaycan bayrağının rənglərində işıqlandırıldı

28-05-2019, 08:08

İstanbulun rəmzlərindən hesab edilən “15 İyul Şəhidləri”, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi münasibətilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. İstanbulun tarixində ilk dəfə olaraq hər üç körpü Azərbaycan bayrağının rənglərinə bürünüb.
Avromedia.az xəbər verir ki, körpülərin işıqlandırılması Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü, Türkiyənin Avtomobil Yolları Dövlət Müdürlüyü və İstanbul Valiliyinin dəstəyi ilə baş tutub.
Qeyd edək ki, bundan əvvəl Respublika Günü münasibətilə yalnız “Fatih Sultan Mehmet” körpüsü iki dəfə Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ