"Polis əməkdaşlarını öldürənlər edam olunmalıdır"-TRAMP
Tarix: 16-05-2019, 08:37
Baxılıb: 769
Google+ Paylaş
Tumblr Paylaş

"Polis əməkdaşlarını öldürənlər edam olunmalıdır"-TRAMP

16-05-2019, 08:37

ABŞ prezidenti Donald Tramp polis əməkdaşlarını öldürən bütün cinayətkarları edam etməyə çağırıb.
Bu barədə Avromedia.az "RİA Novosti"yə istinadən xəbər verir.
Bildirilir ki, o, bu barədə vəzifə borclarının icrası zamanı həlak olmuş polislərin xatirəsinə həsr edilmiş tədbirdə bildirib.
ABŞ prezidenti qeyd edib ki, polis əməkdaşlarına hücumlar qurtarmalıdır. O, asayiş keşikçilərini qətlə yetirən qatilləri "tez" ölüm cəzasına məhkum etməyi təklif edib.
"Polis zabitini öldürən cinayətkarlar məhkəmə qərarı ilə ölüm cəzasına məhkum edilməlidirlər, amma məhkəmə prosesi sürətli getməlidir", - deyə Tramp vurğulayıb.
Daha əvvəl ABŞ-da iki polis əməkdaşı cinayətkar tərəfindən
 güllələnib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ