Prezident özünə yeni köməkçilər təyin etdi - 15 sərəncam
Tarix: 29-11-2019, 18:48
Baxılıb: 1 779
Google+ Paylaş
Tumblr Paylaş

Prezident özünə yeni köməkçilər təyin etdi - 15 sərəncam

29-11-2019, 18:48

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şahmar Mövsümovun Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Avromedia.az sərəncamın mətnini təqdim edir:
Şahmar Arif oğlu Mövsümov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri təyin edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İsrafil Məmmədovun Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
İsrafil Aydın oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsindən azad edilsin.
Prezidentin digər sərəncamı ilə İsrafil Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru təyin edilib.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Anar Ələkbərovun Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Anar Sahib oğlu Ələkbərov Azərbaycan Respublikasının Birinci vitse prezidentinin köməkçisi vəzifəsindən azad edilsin.
Prezident İlham Əliyev digər sərəncamla Anar Ələkbərovu özünə köməkçi təyin edib.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Natiq Əmirovun Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri təyin edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Zeynal Nağdəliyevin Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Zeynal Səfər oğlu Nağdəliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin müdiri təyin edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Kərəm Həsənovun Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Kərəm Əvəz oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edilsin".
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ədalət Vəliyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Ədalət Məqsəd oğlu Vəliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri təyin edilsin".
***
Azərbaycan Respublikası Prezidenti Şahin Əliyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri təyin edilsin".
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Hikmət Hacıyevin Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Hikmət Fərhad oğlu Hacıyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilsin".
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fərəh Əliyevanın Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Fərəh Şirməmməd qızı Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilsin".
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Süleyman İsmayılovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam izmalayıb.
Sərəncamda deyilir:
"Süleyman Abbas oğlu İsmayılov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilsin".
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Məhərrəm Əliyevin Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Abış oğlu Əliyevə general-polkovnik ali hərbi rütbəsi verilsin".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ