İlham Əliyev 1 sərəncam, 2 fərman imzaladı
Tarix: 26-11-2019, 21:34
Baxılıb: 2 571
Google+ Paylaş
Tumblr Paylaş

İlham Əliyev 1 sərəncam, 2 fərman imzaladı

26-11-2019, 21:34

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Avromedia.az sərəncamın mətnini təqdim edir:
1. 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.
2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2020-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılsınlar.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 oktyabr tarixli 836 nömrəli, 16 oktyabr tarixli 842 nömrəli və 12 noyabr tarixli 852 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 26-cı hissəyə “326,” rəqəmlərindən sonra “363-2,” rəqəmləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 26-1-ci hissə əlavə edilsin:
“26-1. Məcəllənin 363-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
26-1.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından - bu Siyahının 26-cı hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;
26-1.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti adından - bu Siyahının 28-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.”.
***
Prezident İlham Əliyev “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. həmin Qanunun 7.7-ci, 7.8-ci, 7.9-cu, 7.10-cu, 7.11-ci (birinci halda), 7.14-cü (ikinci halda), 9.1-ci, 13.5-ci (ikinci halda), 13.9-cu, 13.10-cu (ikinci halda), 13.12-ci, 14.9-cu, 15.1-ci, 16.1-ci maddələrində nəzərdə tutulmuş orqan (qurum) barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını beş ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. bu Fərmanın 1.2-ci bəndində nəzərdə tutulmuş orqanlar (qurumlar) müəyyən edildikdən sonra üç ay müddətində:
1.4.1. həmin Qanunun 7.12-ci və 10.3-cü maddələrinə uyğun olaraq, texniki reqlamentlərin hazırlanması, ekspertizası, qəbulu, onlarda dəyişikliklər edilməsi qaydalarının layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4.2. həmin Qanunun 13.5-ci maddəsinə uyğun olaraq, uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin formasını, hazırlanması və təqdim edilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4.3. həmin Qanunun 13.10-cu maddəsinə uyğun olaraq, uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4.4. həmin Qanunun 13.11-ci maddəsinə uyğun olaraq, texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.4.5. həmin Qanunun 13.14-cü maddəsinə uyğun olaraq, uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4.6. həmin Qanunun 15.2-ci maddəsinə uyğun olaraq, istehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.4.7. həmin Qanunun 16.3-cü maddəsinə uyğun olaraq, məlumat mərkəzinin yaradılması və fəaliyyət qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.7. beynəlxalq təcrübə nəzərə alınmaqla, texniki tənzimləmənin tətbiq edilə bilinməyəcəyi sahələri (halları) müəyyənləşdirəcəyi təqdirdə bununla bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.8. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci, 7.7-ci, 7.8-ci, 7.9-cu, 7.10-cu, 7.11-ci (hər iki halda), 7.12-ci, 7.14-cü (hər iki halda), 9.1-ci, 10.1-ci (hər iki halda), 10.3-cü, 12.3-cü, 13.5-ci (hər iki halda), 13.9-cu, 13.10-cu (hər iki halda), 13.11-ci, 13.12-ci, 13.14-cü, 14.9-cu, 15.1-ci, 15.2-ci, 16.1-ci, 16.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 7.12-ci və 10.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
2.3. həmin Qanunun 7.1-ci, 7.11-ci (ikinci halda), 7.14-cü (birinci halda), 10.1-ci (hər iki halda), 12.3-cü, 13.5-ci (birinci halda), 13.10-cu (birinci halda), 13.11-ci, 13.14-cü, 15.2-ci, 16.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ