Tarix: 29-11-2022, 08:20
Baxılıb: 1 753
Bu günün havası açıqlandı
29-11-2022, 08:20
Bakıda və Abşeron yarımadasında noyabrın 29-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-10° isti, gündüz 11-13° isti, Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacaq
скачать dle 12.1