Tarix: 26-11-2022, 16:29
Baxılıb: 1 770
Prezident bu səfirliklə bağlı sərəncam imzaladı
26-11-2022, 16:29
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Albaniya Respublikasında (Tirana şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikasının Albaniya Respublikasında (Tirana şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin;
1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etsin.
скачать dle 12.1