44 günlük Vətən müharibəsinin xronikası: 4 oktyabr
Tarix: 4-10-2022, 08:04
Baxılıb: 1 492
Google+ Paylaş
Tumblr Paylaş

44 günlük Vətən müharibəsinin xronikası: 4 oktyabr

4-10-2022, 08:04

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Avromedia.az Vətən müharibəsinin xronikasını təqdim edir.
- Prezident İlham Əliyev Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etdiyini açıqlayıb.
- Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.
- Prezident İlham Əliyev "Əl-Ərəbiyə" televiziya kanalına müsahibə verib.
- Prezident İlham Əliyev: Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləri işğaldan azad edilib.
- Prezident İlham Əliyev Mayis Bərxudarov və Hikmət Mirzəyevi təbrik edib.
- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib.
- 2020-ci ilin bu günü Suqovuşana Azərbaycan bayrağı asılıb.
- Ermənistanın atəşi nəticəsində Beyləqan şəhərində 2 dinc sakin həlak olub, 2 nəfər isə xəsarət alıb, Baş Prokurorluq Gəncənin ağır artilleriyadan atəşinə tutulması barədə açıqlama yayıb. Ermənistanın Gəncəyə atdığı raketlər nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb
- Arayik Arutunyan barəsində cinayət işi başlanılıb.Trend
- Azərbaycanın Baş prokuroru beynəlxalq təşkilatlara müraciət etdi.
- Gəncədə erməni təxribatı nəticəsində yaralanan şəxslərin adları açıqlanıb.
- Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.
- Müdafiə nazirliyi növbəti dəfə düşməndən götürülən xeyli sayda qənimətin görüntülərini paylaşıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ