İrəvana qarşı sanksiya tətbiq olunacaq?
Tarix: 3-10-2022, 19:10
Baxılıb: 1 027
Google+ Paylaş
Tumblr Paylaş

İrəvana qarşı sanksiya tətbiq olunacaq?

3-10-2022, 19:10

Ermənistanın səbəbkarı olduğu mina təhlükəsi bu gün bölgədə insanların həyatı üçün ciddi təhlükədir. Minaların istehsalı, yayılmaması və tətbiqi ilə bağlı üç beynəlxalq konvensiya var. Ermənistanın hərəkəti bu üç konvensiyanın bütün bəndlərinə ziddir”.

Bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyası hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev deyib.

Professor bildirib ki, konvensiyalarda həm məsuliyyətin nəzərdə tutulması, həm də minaların istehsalı, saxlanma qaydası müəyyənləşdirilib:

“Minaların ikinci, üçüncü ölkəyə satılmasının qadağan edilməsi məsələlələri bu konvensiyalarda tənzimlənib. Ermənistan mina istehsal etmir, hansısa ölkədən alır. Həmin dövlətlər bu gün İrəvana mina verməkdə davam edir. Hiss olunur ki, ermənilər azad edilmiş ərazilərdə basdırdıqları minaları son illər əldə edib. Çünki Ermənistan elə bir sivil dövlət deyil ki, onun saxlanması üçün lazımi şəraiti olsun. Onlar minaları basdırıb əleyhimizə fəal şəkildə istifadə edirlər. Beynəlxalq aləm buna səsini çıxarmalıdır. Onlar Azərbaycan ərazisinin minalardan təmizlənməsi üçün müəyyən qədər pul vəsaiti ayırmaqla və ya birbaşa kömək etməklə kifayətlənirlər. Azərbaycan o dövlətlərə təşəkkür edir. Amma bu, kifayət deyil, Ermənistanın Azərbaycan ərazisini minalamasına qarşı çox fəal mübarizə aparmaq lazımdır. İrəvana artıq sanksiyaların tətbiq olunmasının vaxtdır”.

İ.Vəliyev qeyd edib ki, minaların tətbiqi ilə bağlı konvensiyada onların döyüş bölgələrindən və mülki obyektlərdən hansı məsafədən uzaqda olması nəzərdə tutulub:

“Minalar basdırılarkən hər biri işarələnməlidir. Azərbaycan mina xəritələrinin təqdim edilməsi ilə bağlı Ermənistanla və beynəlxalq təşkilatlarla uzun müddət danışıqlar apardı. Amma təəssüflər olsun ki, Ermənistan bir neçə reallığı əks etdirməyən xəritələr təqdim etdi. Bunun sübutu ondan ibarətdir ki, bu gün ölkəmizdə dinc insanlar Ermənistanın qanunsuz hərəkətlərinin qurbanı olur. Baş vermiş cinayətlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Ermənistan dövlət olaraq beynəlxalq cinayət məhkəməsində cavab verməli olacaq”.

Qeyd edək ki, oktyabrın 2-də Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib. Hadisə nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlu xəsarət alıb. 2020-ci ilin noyabrından bu günədək isə əksəriyyəti mülki şəxs olmaqla 250-dək insan mina qurbanı olub

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ