Şəhidlərin xatirəsi dərin ehtiramla yad edilir
Tarix: 27-09-2022, 16:43
Baxılıb: 1 928
Google+ Paylaş
Tumblr Paylaş

Şəhidlərin xatirəsi dərin ehtiramla yad edilir

27-09-2022, 16:43

2022-ci ilin 27 Sentyabrında - Anım Günü iləəlaqədar Qaradağrayonunun bütünərazisindəŞəhidlər xiyabanı ziyarət olundu,Vətən Müharibəsişəhidlərinin xatirəsi dərin ehtiramla yad edildi. Həmin gün Qaradağrayonunun Qızıldaşqəsəbəsindənşəhid olmuşMəstəliyev Nurəddin Hasil oğlunun Qızıldaşqəsəbəsindəki qəbirstanlıqda olan məzarı önünəgül dəstələri qoyulmaqla ziyarət olundu.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP QaradağRayon Təşkilatının sədri QafarƏliyev,şəhid ailələri vəqazilər, ictimaiyyət nümayəndələri Vətən müharibəsişəhidi Nürəddin Hasil oğlu Məstəliyevin ailəüzvlərinəbaşşəkib,şəhidin ruhunu yad ediblər.
Qeyd edək ki, Məstəliyev Nurəddin Hasil oğlu 2000-ci il fevralın 13-dəBakışəhəri, Qaradağrayonu, Qızıldaşqəsəbəsindədünyaya göz açmışdır. Onun valideynləriəslən Yardımlı rayonunun Ökü kəndindəndir.
Nurəddin Məstəliyev ibtidai təhsilinə2007-ci ildəAzər Namazov adına 180 saylı orta məktəbdəbaşlamışdır. Nurəddin 2019-cu il iyul ayında hərbi xidmətəyollanmış, 2020-ci ilin sentyabr ayına qədər Dövlət Sərhəd Xidmətindəhərbi xidmət keçmişdir. O, peşəkar idmançı olduğu üçün kəşfiyyat bölüyünəqoşulmuşdur.
2020-ci il sentyabrın 27-dəİkinci Qarabağ-Vətən Müharibəsi başlayan gün Nürəddin Məstəliyev dədigərəsgər vəzabitlərləbirlikdəVətən torpaqlarının işğaldan azad olunması üşün verilmişəmrəəsasən silaha sarılmış, düşmənəqarşı amansız döyüşlərin getdiyi ilk gündəcəqəhrəmancasınaşəhid olmuşdur. Azərbaycanınərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşəməliyyatlarına qatılan vəhərbi hissəqarşısında qoyulmuştapşırıqların icrası zamanı vəzifəborcunuşərəfləyerinəyetirdiyi üçün Azərbaycan PrezidentiİlhamƏliyevin Sərəncamlarınaəsasən Nürəddin Hasil oğlu Məstəliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və"Xocavəndin azad olunmasına görə" medalları ilətəltif edilmişdir.
Rəsmiyyə Heybətağaqızı
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ