Vətən Müharibəsi şəhidləri Türkiyədə anıldı - Fotolar
Tarix: 26-09-2022, 23:43
Baxılıb: 1 378
Google+ Paylaş
Tumblr Paylaş

Vətən Müharibəsi şəhidləri Türkiyədə anıldı - Fotolar

26-09-2022, 23:43

İstanbulda 2020-ci ilin 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsi anılıb.
GunAz.az xəbər verir ki, Azərbaycanın İstanbuldaki Baş Konsulluğu tərəfindən təşkil olunan anım mərasimi İstanbulun Sarıyer rayonundaki Heydər Əliyev parkında baş tutub.
Tədbirdə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilərək, hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Mərasimdə çıxış edən Azərbaycanın İstanbuldaki Baş konsulu Nərminə Mustafayeva Vətən Müharibəsində şəhid olaraq işğal altında olan Azərbaycan torpaqlarını azad edən qəhrəmanların şücaətindən bəhs edib.
N. Mustafayeva, Azərbaycanın vətən fədailərini hər zaman yaddaşlarda yaşadacağını vurğulayıb.
Tədbirdə Türkiyə Xarici İşlər Nazirliyinin Dairə Başkanı Zeynep Kaleli, Sarıyer Bələdiyyə Başçısının müavini Hüseyin Coşkun, İstanbulda akkreditə olunan diplomatik korpusun nümayəndələri iştirak ediblər.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ