Zabuxda nələr baş verir?- ŞOK AÇIQLAMA
Tarix: 15-08-2022, 15:14
Baxılıb: 1 721
Google+ Paylaş
Tumblr Paylaş

Zabuxda nələr baş verir?- ŞOK AÇIQLAMA

15-08-2022, 15:14

Laçın Rayon İcra Hakimiyyəti başçısının Zabux inzibati ərazisi üzrə nümayəndəsi Elsevər Əliyev Musavat.com-a olduqca maraqlı açıqlamalar verib.

O bildirib ki, Zabux inzibati ərazi vahidi 4 kəndi əhatə edir. Bunlar Zabux, Sus, Qızılca və Bəylik kəndləridir. Bu kəndlərin heç birində erməni əhalisi yaşamayıb. Ermənilər o kəndlər 1992-ci ildə işğal olunduqdan sonrakı illərdə orada qanunsuz olaraq məskunlaşdırılıb:

“Həmin kəndlərin ərazisində 7-8-ci əsrə aid azərbaycanlılara məxsus abidələr var idi. Abidələrin hamısını ermənilər dağıdıb məhv ediblər. Ermənilər Zabuxda və digər kəndlərdəki azərbaycanlılara məxsus evləri söküblər, yandırıblar. Zabuxda indi qoyub köçdükləri evlərin əksəriyyətini azərbaycanlıların - bizim ata-babalarımızın qəbirləri olan qəbiristanlığın üzərində inşa ediblər. Qəbirləri traktorla kürüyüb, dağıdıb qəbiristanlıqda özlərinə evlər tikiblər. İndi oradan köçürlər. Hələ ki, həmin evləri yandırdırdıqları barədə məlumatlar olmasa da, köçərkən qapı-pəncərələri söküb apardıqları haqda informasiyalar var. Bizə onların ata-babalarımızın qəbirləri üzərində tikdikləri evlər lazım deyil. Bizə torpağımız lazımdır. Bizim camaat doğma kəndlərimizə qayıtmaq istəyir və qayıdacaq. İnsanlar ata-babalarının qəbirləri olmuş yerin üzərində necə yaşaya bilərlər?! Məsələnin bax bu cür çox ciddi mənəvi-psixoloji tərəfi var. Qəbiristanlıq olmuş ərazidən kənarda tikilmiş evlərdə isə yaşamaq olar. Məncə, qəbiristanlıqda tikilmiş evlər söküləcək. Şübhəsiz ki, kəndlər bizə təhvil verildikdən sonra müvafiq qurumlar ərazidə, evlərdə mina olub-olmadığını da araşdıracaqlar”.

İcra nümayəndəsi onu da qeyd edib ki, keçən ayın statistikasına görə, 4 kənddən ibarət Zabux kənd nümayəndəliyi 489 ailədən - 1652 nəfərdən ibarətdir:

“Bu əhali 1992-ci ildəki erməni işğalından sonra 33 rayonda məskunlaşıb. Daha çox məskunlaşma Abşeron, Ağcabədi, Bərdə rayonlarındadır”.

“Zabuxda qanunsuz məskunlaşmış ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib orada yaşamaq istəsələr, buna Zabuxun yerli əhalisinin münasibəti necə olar” sualına icra nümayəndəsi belə cavab verib:

“Məncə, heç kim bunu yaxşı qarşılamaz. Çünki əvvəla ermənilər Zabuxda qanunsuz məskunlaşıblar. İkincisi, məncə, kəndimizin camaatı ata-babalarının qəbirlərinin üzərində ev tikib yaşayan ermənilərlə bir kənddə yaşamağa razı olmaz. Hansısa erməni Azərbaycan vətəndaşlığını qəbul edərsə, onu ermənilərin kompakt yaşadığı ərazilərimizə yerləşdirmək olar”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ