Beş nəfərin ölümünə səbəb olan sürücünü hansı cəza gözləyir?
Tarix: 7-07-2022, 11:41
Baxılıb: 1 091
Google+ Paylaş
Tumblr Paylaş

Beş nəfərin ölümünə səbəb olan sürücünü hansı cəza gözləyir?

7-07-2022, 11:41

Bakıda beş nəfərin ölümünə səbəb olan Mahmud Əzizovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Məhəmməd Əkbərovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında hava limanı şossesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

19 yaşlı M.Əzizov idarə etdiyi 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobili ilə ağır yol nəqliyyat hadisəsi törədib.

Qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

M.Əzizova qarşı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə 17 nəfər zərərçəkmiş və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınıb

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ