Meymunçiçəyi qapıda- Modul tipli xəstəxanalar yenidən açılacaq?
Tarix: 6-07-2022, 16:33
Baxılıb: 1 017
Google+ Paylaş
Tumblr Paylaş

Meymunçiçəyi qapıda- Modul tipli xəstəxanalar yenidən açılacaq?

6-07-2022, 16:33

Azərbaycan ÜST-lə meymunçiçəyinə qarşı mübarizə tədbirlərini qarşılıqlı müzakirə edir.

Artıq ölkəyə PCR testlər də gətirilib.

Bəs əgər yoluxma olarsa, xəstələr hara aparılacaq? Bağlanan modul tipli xəstəxanalar yenidən açılacaqmı?

Bu barədə açıqlama verən infeksionist həkim Mərdan Əliyev bildirib ki, artıq həkimlərə meymunçiçəyinin diaqnostika və müalicəsi ilə bağlı treninqlər keçirilib:

"Təbii ki, bu xəstəlikdən ağırlaşma halları ola bilər. Amma açığı mən meymunçiçəyində koviddəki kimi geniş pandemiyanın, epidemiyanın olacağını ehtimal etmirəm. Modul tipli xəstəxanaların açılmasını da gözləmirəm.

Amma respublikada bir dənə də olsa xüsusi ayrılmış modul xəstəxana olmalıdır. Çünki meymunçiçəyinə yoluxmuş xəstəni başqa xəstəxanaya, ümumi klinikaya, digər xəstələrin olduğu yerlərə yerləşdirmək olmaz. Hətta bir nəfər xəstə olsa da, o ayrıca yerləşdirilməlidir. Çünki bu infeksiya bir neçə tərəfdən yoluxdurucudur, həm tənəffüs yolları, həm də dəri səthindən"


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ