Prezident bu nazirliyə yeni səlahiyyət verdi
Tarix: 18-05-2022, 20:18
Baxılıb: 2 197
Google+ Paylaş
Tumblr Paylaş

Prezident bu nazirliyə yeni səlahiyyət verdi

18-05-2022, 20:18

Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyət verilib.

Bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

“İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” 27 aprel 2021-ci il tarixli fərmanında dəyişiklik edilib. Belə ki, nazirlik kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin, çoxillik əkmələrin altında olan və dincə qoyulmuş kənd təsərrüfatı yerlərinin (uqodiyaların) bir-biri arasında dəyişdirilməsinə də nəzarət edəcək.

Bundan başqa, qurum torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına, həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsi, habelə örüş, otlaq və ya biçənək kənd təsərrüfatı yerlərinin əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinə dəyişdirilməsi ilə bağlı Nazirlər Kabineti qarşısında məsələ qaldıra biləcək.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ