DİQQƏT- Bu gün başa çatır
Tarix: 17-03-2022, 10:28
Baxılıb: 1 490
Google+ Paylaş
Tumblr Paylaş

DİQQƏT- Bu gün başa çatır

17-03-2022, 10:28

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2022-ci il martın 4-də başlayıb və bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, indiyə qədər 90810 abituriyent öz ərizəsini təsdiq edib.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

İxtisas qrupları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir):

Abituriyentlərin əksəriyyəti ərizələrini özləri təsdiq edə bilirlər.

Ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli olan abituriyentlər tələb olunan sənədləri şəxsən təqdim etməklə saat 17:00-dək elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər.

SQK-ların siyahısı və onların fəaliyyət müddəti, ərizə qəbulu ilə bağlı xüsusi hallar, imtahanların keçirilməsi, müsabiqə şərtləri, tədris dili və xarici dil imtahanları ilə bağlı xüsusi hallar və digər məsələlərlə verilmiş keçiddə sağ tərəfdə (“Tələbə qəbulu haqqında elan Ali TM”) tanış ola bilərsiniz.

Orta ixtisas təhsili müəssisələrinə qəbul haqqında elanın tam mətni ilə buradan tanış ola bilərsiz

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ