Xaricdə təhsil alanların NƏZƏRİNƏ
Tarix: 26-01-2022, 12:05
Baxılıb: 1 036
Google+ Paylaş
Tumblr Paylaş

Xaricdə təhsil alanların NƏZƏRİNƏ

26-01-2022, 12:05

Xarici diplomların ölkəmizdə tanınmamasının bir sıra səbəbləri var. İlkin olaraq, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması; pasportda giriş-çıxış möhürləri təsdiq edir ki, o, bu ölkədə hansı müddət ərzində olub və tədris yükünü mənimsəmək üçün həmin müddət standartlara cavab verə bilmir.

Bu barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib.

O qeyd edib ki, başqa bir səbəb isə tədris dili üzrə bilik səviyyəsinin aşağı olmasıdır:

"Məsələn, şəxs Gürcüstanda, gürcü dilində təhsil alıb, lakin bu dildə elementar biliklərə sahib deyil.

Əlbəttə, müaricət edənlərin böyük bir qisminin diplomları təsdiq olunur. Diplomlarında ən çox imtina edilən ölkələr Ukrayna və Gürcüstandır. Biz daima valideynlərə də müraciət edirik ki, xaricdə təhsil şirkəti adı ilə insanları aldadan, etibarından sui-istifadə edənlərə inanmasınlar".

Xatırladaq ki, ötən il 2278 müraciət üzrə yekun olaraq müsbət rəy verilib və müraciət sahiblərinə xarici ali təhsil ixtisasının tanınması haqqında şəhadətnamə təqdim olunub. Digər 743 müraciət üzrə yekun olaraq mənfi rəy verilib və müraciət sahiblərinin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ