Məktəblərdən uşaqlar oğurlanır?- ŞOK SƏS YAZISI YAYILDI
Tarix: 13-10-2021, 12:54
Baxılıb: 2 610
Google+ Paylaş
Tumblr Paylaş

Məktəblərdən uşaqlar oğurlanır?- ŞOK SƏS YAZISI YAYILDI

13-10-2021, 12:54

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə və vatsap qruplarında məktəblərdən uşaqların oğurlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev verdiyi açıqlamada hazırda vatsap qruplarında yayılan səs yazıları ilə bağlı araşdırma aparıldığını bildirib.

"Bu, tamamilə yalan və cəfəngiyyatdır, təxribat məqsədi daşıyır. DİN-ə səs yazısında iddia olunan hallarla bağlı hər hansı şikayət, yaxud müraciət daxil olmayıb. Vətəndaşlara tövsiyə edirik ki, bu kimi faktsız iddialara inanmasınlar”, - E.Hacıyev deyib.

Qeyd edək ki, son günlər məktəblərdən uşaqların oğurlanması ilə bağlı sosial şəbəkələrdə və vatsap qruplarında səs yazıları yayılır. Bildirilir ki, Bakı və Sumqayıt ərazisində məktəblərdə uşaqların oğurlanmasına cəhd halları baş verir.

https://baku.ws/video2/v.php?v=1825072

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ