Bakıda valideynlər övladlarını məktəbə göndərməkdən imtina edir?
Tarix: 1-10-2021, 12:33
Baxılıb: 3 472
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda valideynlər övladlarını məktəbə göndərməkdən imtina edir?

1-10-2021, 12:33

Yasamal rayonunda fəaliyyət göstərən Mikayıl Müşfiq adına 18 saylı orta məktəbin 5-ci sinif şagirdlərinin valideynləri övladlarını yeni dərs ilində məktəbə göndərməkdən imtina edib.

Bildirilib ki, buna səbəb məktəb rəhbərliyinin qərarı ilə onların dərs saatının dəyişdirilməsidir.

Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “oxu.az”ın sorğusuna cavab olaraq bildirilib ki, məktəblərdə siniflərin növbələri müəyyənləşdirilərkən Pedaqoji şura tərəfindən məktəbin iş rejimi, şəraiti və sinif otaqlarının sayı nəzərə alınaraq qərar verilir:

“Sanitar-epidemioloji vəziyyətlə əlaqədar yoluxma hallarının qarşısının alınması, sıxlığın yaranmaması məqsədilə zəruri ehtiyac olan təhsil müəssisələrində tədrisin ikinövbəli şəkildə həyata keçirilməsi xüsusilə aktualdır.

Mövcud sıxlığın qarşısını almaq və tədrisin normal təşkili məqsədilə dərslərin ikinövbəli təşkili zərurətdən irəli gələn seçimdir və ənənəvi olaraq dünya praktikasında da tətbiq edilir”.

“Xüsusilə indiki pandemiya şəraitində bu, ilk növbədə şagirdlərin sağlamlığı və pedaqoji kollektivin müvafiq qaydalara daha dolğun əməl etməsinə şərait yaratmaq məqsədlərinə xidmət edir.

Dövlət tərəfindən təhsilverənlərin və təhsilalanların sağlamlıqlarının qorunmasına yönəlmiş tədbirlərə valideynlər və ictimaiyyət də dəstək verməlidir”, - deyə idarədən əlavə edilib.

Məktəbdən saytımıza bildirilib ki, 2021-2022-ci tədris ilində 18 nömrəli tam orta məktəbdə 5 “a”, 5 “b”, 5 “c”, 5 “ç”, 5 “d”, 5 “e” olmaqla, 6 beşinci sinif fəaliyyət göstərir:

“Məktəbdə bütün V siniflər II növbəyə keçirilib. Buna səbəb şagird sayının artması və sinif otaqlarının çatışmamasıdır.

Eyni zamanda, V siniflər ümumi orta təhsil səviyyəsində (Azərbaycan bölməsində 25 saat, rus bölməsində 27 saat) ən az dərs yükü olan sinif olduğu üçün II növbəyə məhz həmin siniflərin keçirilməsi məqsədəmüvafiq hesab edilib.

Qeyd edək ki, 5 “c” sinfində təhsil alan şagirdlərin valideynləri ilə müvafiq söhbətlər aparırıq. Sinifdəki şagirdlərdən 24-ü dərslərdə iştirak edir”.

“Məktəbdaxili nizamlamaya uyğun olaraq, qeyd edilən sinif şagirdlərinin növbəti tədris ilindən I növbədə təhsil alacağı gözlənilir. Valideynlərin yuxarıda qeyd edilən səbəbləri nəzərə alaraq, məsələyə anlayışla yanaşacağına inanırıq”, - deyə qeyd edilib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ