Bu gündən yuxarı sinif şagirdləri və tələbələr üçün dərslər başlayır
Tarix: 29-09-2021, 08:00
Baxılıb: 1 163
Google+ Paylaş
Tumblr Paylaş

Bu gündən yuxarı sinif şagirdləri və tələbələr üçün dərslər başlayır

29-09-2021, 08:00

Bu gündən ölkə üzrə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılır.
2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.Məlumata görə, ümumtəhsil məktəblərinin IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq. Həmçinin ali təhsilin bakalavr pilləsi üzrə 171 820, magistr pilləsi üzrə 16920 tələbənin, orta ixtisas təhsili üzrə 57 693 subbakalavrın təhsil alacağı proqnozlaşdırılır.Paytaxtdakı məktəblərə gəlincə isə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinin V-XI siniflərində 244 054 şagird təhsil alacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ