Əsli Kazımova: “Su problemi məhsul istehsalçılarının bir nömrəli problemidir”
Tarix: 30-07-2021, 09:32
Baxılıb: 1 099
Google+ Paylaş
Tumblr Paylaş

Əsli Kazımova: “Su problemi məhsul istehsalçılarının bir nömrəli problemidir”

30-07-2021, 09:32


“Bildiyimizə görə, ölkəmizin təbii-iqlim şəraiti kənd təsərrüfatı bitkilərinin bütün il ərzində əkilib becərilməsinə imkan verir”. Bunu "Azad Azərbaycan" qəzetinə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova, bu il kənd təsərrüfatında məhsul bolluğu əvəzinə məhsuldarlıq aşağı olması və  bunun təsərrüfatçılar tərəfindən  su problemi ilə əlaqələndirilməsinə münasibət bildirərkən deyib. 
Onun sözlərinə görə, ölkənin təbii-iqlim şəraiti kənd təsərrüfatı bitkilərinin bütün il ərzində əkilib becərilməsinə imkan versə də torpaq fondunun 55,2 faizi kənd təsərrüfatına yararlıdır: “Etiraf etmək gərəkdir ki, Azərbaycanın su ehtiyatları olduqca məhduddur. Su problemi məhsul istehsalçılarının bir nömrəli problemidir. Amma qeyd etmək gərəkdir ki, ümumiyyətlə ölkənin yerüstü su ehtiyatlarının 70 faizi respublika hüdudları xaricində, 30 faizi isə ölkənin öz ərazisində formalaşır. Bu gün Azərbaycanda suvarılan sahələrin təxminən 25 faiz artırılması planlanır, bu isə 1.22 kub kilometr əlavə su sərfiyyatı deməkdir. Su istehlakının artması isə birmənalı olaraq, Azərbaycan ərazisinə su gətirən çaylarda suyun qaçılmaz azalmasına zəmin yarada bilər.  
Partiya sədri qeyd edir ki, bu gün ölkə  əhalisinin 45-50 faizi kənddə yaşayır, buna görə də suyun kəmiyyət və keyfiyyət baxımından qənaətbəxş olması üçün alternativlər düşünülməlidir. Bu gün qeyd etmək gərəkir ki, aqrar sektörün inkişafında dövlət özü də maraqlıdır. Misal üçün Suqovuşan su anbarından suyun buraxılmasının nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə nəticələndi. Bilirsiniz ki, uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranıb. Hesab edirəm ki, bu ərazilərə öz axımı ilə suyun verilməsi eyni zamanda ərazidə mövcud olan subartezian quyularının istifadəsinə tələbatın azalmasına səbəb olacaqdır.  
Ə. Kazımova bildirir ki, “Kənd təsərrüfatı sahəsində sanki bir manopolya movcuddur” kimi gəzən söz-söhbətlərlə razı deyiləm. Bu gün qeyd etdiyim kimi dövlət ölkədə aqrar sənayenin inkişafında maraqlıdır. Bunun üçün dövlətimizin olduqca güçlü strateji planları və layihələri vardır”.
Bilman İSAQскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ