Qarabağ bəyanatından sonra 42 erməni hərbçi qeyri-döyüş şəraitində həlak olub
Tarix: 30-07-2021, 08:00
Baxılıb: 1 357
Google+ Paylaş
Tumblr Paylaş

Qarabağ bəyanatından sonra 42 erməni hərbçi qeyri-döyüş şəraitində həlak olub

30-07-2021, 08:00

Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında 2020-ci ilin 10 noyabrında imzalanmış Qarabağ bəyanatından sonra Ermənistan ordusunun 42 hərbi qulluqçusu qeyri-döyüş şəraitində həlak olub.
Bu barədə “Report” “Raminfo”ya istinadən xəbər verir.
Qeyd edilir ki, 42 ölüm faktı intihar, xəstəlik, avotomobil qəzaları, qətl və silahla rəftarla bağlı təhlükəsizlik qaydalarının pozulması ilə bağlıdır.
Bu dövr ərzində Ermənistan ordusunun 3 hərbi qulluqçusu itkin düşüb. Onlardan biri – çağırışçı Norik Mkrtıçyan mayın 18-də xidmət etdiyi hərbi hissəni tərk edib və bu günə kimi tapılmayıb. İyulun 14-də Sünik əyalətində hərbi qulluqçular - A.Nakbandyan və A.Torozyanla əlaqə kəsilib. Hərbi qulluqçulardan bu günə kimi xəbər yoxdur.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ