28 ildən sonra LAÇIN AZADLIQDA
Tarix: 18-05-2021, 08:00
Baxılıb: 1 290
Google+ Paylaş
Tumblr Paylaş

28 ildən sonra LAÇIN AZADLIQDA

18-05-2021, 08:00

Laçın daha mayın 18-ni işğalda yox, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və Azərbaycan Ordusunun gücü sayəsində 29 il sonra azadlıqda qeyd edir.
Avromedia.az xatırladır ki, 1992-ci il mayın 18-də hücuma keçən Ermənistan ordusu Laçını işğal etmişdi.
İşğal illəri ərzində düşmən rayonun tarixi-mədəniyyət abidələrini dağıdaraq talan edib.
Laçının işğalı nəticəsində 63 341 azərbaycanlı öz yurdundan didərgin salınıb, 300-dən artıq hərbçi, mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8 950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi erməni terroruna məruz qalıb.
Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. İşğal dövründə rayonun meşə fondunun əhəmiyyətli hissəsi Ermənistan tərəfindən məhv edilib.
Lakin Azərbaycan xalqı ərazilərinin işğal altında olması ilə barışmadı. 2020-ci ilin sentyabrın 27-dən etibarən Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu işğal altında olan digər rayonlarla yanaşı Laçını da erməni işğalından azad etdi.
Azərbaycanın Qarabağda qazandığı qələbələr nəticəsində diz çökən Ermənistan hakimiyyəti noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan baş nazirinin 2020-ci ilin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əsasən dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi. Ordumuzun bölmələri dekabrın 1-də Laçına daxil oldu və dövlət bayrağımızı qaldırdı.
Şeyla
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ