Altı aydır komada olan Vətən müharibəsi qazisi şəhid olub
Tarix: 19-04-2021, 11:15
Baxılıb: 3 417
Google+ Paylaş
Tumblr Paylaş

Altı aydır komada olan Vətən müharibəsi qazisi şəhid olub

19-04-2021, 11:15

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalan hərbi qulluqçusu Nurlan Əbilov şəhid olub.
Bu barədə “Report”a Masallı Rayon icra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, rayonun Ağakişibəyli kəndindən olan 26 yaşlı N.Əbilov bu gün səhər saatlarında şəhidlik zirvəsinə ucalıb.
O, doğulduğu Masallı rayonunda torpağa tapşırılacaq.
Qeyd edək ki, 1994-cü ildə Masallı rayonun Ağakişibəyli kəndində anadan olan N.Əbilov Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına qatılıb. O, oktyabrın 8-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb və Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb.
N.Əbilovun 3 və 5 yaşlarında iki oğlu yadigar qalıb.
Allah rəhmət eləsin!
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ