Ermənilər övladlarının axtarışlarından narazı qalıblar-1530 İTGİN
Tarix: 8-04-2021, 09:57
Baxılıb: 4 175
Google+ Paylaş
Tumblr Paylaş

Ermənilər övladlarının axtarışlarından narazı qalıblar-1530 İTGİN

8-04-2021, 09:57

Ermənilərin ikinci Qarabağ müharibəsində itkin düşmüş hərbçilərinin bugünkü axtarışları nəticəsiz olub.
Avromedia.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, Cəbrayıl rayonu ərazisində aparılan axtarışlar zamanı müharibədə itkin düşmüş heç bir hərbi qulluqçu tapılmayıb.
Lakin Azərbaycan tərəfi Ermənistana Füzuli rayonu ərazisində tapılmış erməni hərbi qulluqçunun meyitini təhvil verib. Müharibə zamanı məhv edilmiş hərbçinin şəxsiyyəti ekspertizanın nəticəsindən sonra müəyyənləşdiriləcək.
Bununla da Ermənistanın Qarabağda meyiti tapılan itkin hərbçilərinin sayı 1 530-a çatıb.
Xatırladaq ki, itkin erməni hərbçilərin valideynləri, habelə digər doğmaları Qarabağda övladlarının axtarışlarından narazı qalıblar. Onlar bu səbəbdən dəfələrlə Ermənistanın Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər. Bundan sonra axtarışlara itkin hərbçilərin yaxınları da cəlb olunub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ