Taksi sürücüsünü qətlə yetirən şəxs saxlanıldı
Tarix: 22-11-2022, 21:38
Baxılıb: 1 171
Google+ Paylaş
Tumblr Paylaş

Taksi sürücüsünü qətlə yetirən şəxs saxlanıldı

22-11-2022, 21:38

Salyanda taksi sürücüsünü qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə AvroMedia.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Belə ki, noyabrın 18-də Masallı rayonu, Qızılağac kənd sakini 1957-ci il təvəllüdlü Etibar Məmmədovun üzərində xəsarət izləri olan meyitinin Salyan rayonu, Xocalı kəndi ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat axtarış tədbirləri ilə Etibar Məmmədovun sərnişin kimi avtomobilinə götürdüyü 1975-ci il təvəllüdlü Müşfiq İsgəndərovun aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Müşfiq İsgəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ