DƏHŞƏTLİ HADİSƏ- Ana uşaqlarını boğub sonra isə...
Tarix: 2-09-2022, 08:28
Baxılıb: 1 035
Google+ Paylaş
Tumblr Paylaş

DƏHŞƏTLİ HADİSƏ- Ana uşaqlarını boğub sonra isə...

2-09-2022, 08:28

Braziliyada ana öz uşaqlarını öldürərək cəsədlərini bir neçə həftə evdə saxlayıb.

Bu barədə "The Mirror" məlumat yayıb.

İlkin məlumata görə, 31 yaşlı Eliara Paz Nardes qətldən sonra vəkilinə zəng edərək qətli törətdiyini etiraf edib. Daha sonra polis çarpayıda qadının doqquz yaşlı qızının və üç yaşlı oğlunun cəsədlərini tapıb.

Nardes çürümə iyini gizlətmək üçün onların bədənlərini yorğanla bürüyüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, ana oğlanı yastıqla, qızı isə yaylıqla boğub.

“Dindirilmə zamanı Nardes, tənha olduğunu, çox yorulduğunu, uşaqları maddi və mənəvi cəhətdən böyütməyə imkanının olmadığını bildirib. Uşaqları öldürdükdən sonra o, intihar etmək istəyib”, - deyə polis əlavə edib.

Hazırda qadına qarşı cinayət işi başladılıb

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ