Tarix: 21-01-2022, 08:18
Baxılıb: 1 289
Bakıda maşına atəş açıldı- SƏBƏB NƏDİR?
21-01-2022, 08:18
Yanvarın 20-si saat 18:00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum şəxs qəsəbə sakini Tərlan Namazovun idarə etdiyi “Pajero” markalı avtomobilə odlu silahdan atəş açıb.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Əməkdaşımız bununla əlaqədar DİN-in Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Mətbuat xidmətindən bildirilib ki, fakt qeydə alınıb, xoşbəxtlikdən xəsarət alan yoxdur. Hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində polis əməkdaşları tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir
скачать dle 12.1