Məmurların qorxulu ünvanı-DTX
Tarix: 30-11-2022, 17:55
Baxılıb: 1 821
Google+ Paylaş
Tumblr Paylaş

Məmurların qorxulu ünvanı-DTX

30-11-2022, 17:55

   Ədib İSAOĞLU
Yenə yaraşıqlı oğlanlar iş başındadır. Bu səfərki əməliyyatlar qoca Şərqin qapısında, ulu diyar Naxçıvanda  davam edir.
 Möhkəm vur çatlasındır əşi. Çığırtı, bağırtı, inilti, ağlaşma, vay ana səsindən qulaq tutulur. Elə belə məqamda İsa babanın çox işlətdiyi bir söz düşür adamın yadına. "Şirin-Şirin yeməyin, acı-acı qusmağıda var". Hə, bəylər gərək yeyəndə də elə yeyəsən ki, həmişə yeyə biləsən. Ta bizim maliyyə naziri Rəfael və digər məmur "uçitellər"  kimi?
 Əmbə di gəl ki, DTX-nın yaraşıqlı oğlanları imkan vermədi 144-ü 145 eləsin "mama"sının gül balası. Əslində mənim yediyim 120 ilə  Rəfael qaqaşın yediyi 144-ün arasında elə də böyük fərq yoxdur. Fərqciyəz orasındadır ki, mənim yediyim pensiya manatla hesablanır, mənim kimi zavallı pensiyaçıların haqqını yeyən maliyyəçilərin rüşvət və korrupsiyası isə milyonlarla. Normalda belə cuzi fərqlərə bizdə göz yumulurdu, digəlki DTX-da yeni rəhbərlik dəyişiləndən sonra millətin üzünə gün doğdu, məmurların yuxusu ərşə çəkildi. Bu aralar Naxçıvanda məmur qisminin yanında gərək möhkəm asqırmayasan yazıqlar az qalır sarılıq tutalar. Hələki sorğuya alınmayan digər məmurlar sizə bir tövsiyəm var  neçəki sizi yaraşıqlı maskalılar dingildətməyib, nə qüsurunuz varsa düzəldin yoxsa gec olar.
     Bu gün demək olar ölkənin əksəriyyət Naxçıvanda olan hadisələri elə acgözlüklə danışır ki, sanki günümüzdə ilk dəfə olaraq belə hadisəylə qarşılaşırıq. Və bir çoxuda Naxçıvanı Şimali Koreyaya bənzədir. Bu heçdə belə deyil cənab bəylər. Düzdür Naxçıvanda da çox qüsur var amma ən azından, məmur özbaşınalığı yoxdur, rüşvət yoxdur, şikayətlərə maksimum şəkildə baxılır, sahibkarlığın inkişafına diqqət yetirilir, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün ailə təsərrüfatlarına maliyyə dəstəyi verilir və neçə belə müsbət işləri bəyənmədiyiniz Vasif Talıbov edir. Deyəcəyim odur ki, insanlar haqqında dedi-qodu edərkən haqq-ədalət mövzusunda diqqətli olmalıyıq yoxsa, DTX-nın yaraşıqlı oğlanları bizdə aparar obbalara.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ