Mollalarımız  İran  mollalarının  libasını  geyinir, bəs  aidiyyatı  qurumlar  hara  baxır? – ÖZƏL
Tarix: 16-11-2022, 14:50
Baxılıb: 1 460
Google+ Paylaş
Tumblr Paylaş

Mollalarımız İran mollalarının libasını geyinir, bəs aidiyyatı qurumlar hara baxır? – ÖZƏL

16-11-2022, 14:50

Cavid İSMAYIL
"Bu gün cəmiyyətimizdə dini   sahədə olan  ciddi narahatçılıqlar göz önündədir.
El arasında deyildiyi  kimi 3 sinif bitirməyən, heç kiril əlifbasında adını zorla yazan  və ya yaza bilməyən, latın qrafikasından bixəbər olan, dəfn mərasimlərində dindən başqa ağlına gələni bildi-bilmədi danışan, sosial şəbəkələrdə zaman-zaman biabırçı videoları yayılan, ağızlarını əyib İran ağalarının ağzı ilə danışan "mollalar", savadsız "din adamları" bütün cəmiyyətimizi sarmaşıq kimin sarmaqdadır. Dini savadsızlıq baş alıb gedir. Dövlətçiliyimizə təhlükə yaratmaq istəyən məkrli qüvvələr bu münbit  şəraiti "layiqincə" dəyərləndirirlər.Bu  zaman-zaman müxtəlif hadisələrlə özünü biruzə verir. Azyaşlı uşaqların nigaha daxil olması, müəyyən zonalarda qız uşaqlarının orta təhsildən kənarlaşdırılması, cahil vətəndaşların sayının artması bəllidir ki, həmin məkrli dairələrin məqsədlərinə xidmət etmiş olur." Bunu Olaylar.az-a açıqlamasında Turan  Araşdırma  Mərkəzi İB-nin sədr müavini Cavid İsmayıl deyib:
"Bu sahədə nöqsanların çox olması cəmiyyətimiz üçün, dövlətçiliyimiz üçün təhlükəli bir axına zəmin  yaratmaqdadır.
Bir müddət əvvəl yas  məclislərində  izafi israfçılığa yol verilmədən, müəyyən çərçivələr içində aparılması  məsələsi cəmiyyətdə çox ciddi müzakirə edildi və xatrlasanız aidiyyəti tərəflər ciddi əks açıqlamalar verdi, hətta "Azərbaycan xalqının ənənələrinə zidd olduğunu" belə dilə gətirənlər oldu. Uzun illərdir hər kəsə məlumdur ki, Naxçıvanda dini mərasimlərdə izafi məsrəfə yol verilmədən, hər kəsin büdcəsinə uyğun qaydada ehsanlar verilir. Bunun nəyi xalqın ənənəsinə ziddir? İndi Bakı şəhərində bəzi mərasim evlərində və  az sayda regionlarda bunu tətbiq edirlər. Məgər bu yalnışdır? Əlbəttə  ki, xeyr. Nəyə görə bu ilk olaraq Təzə Pir məsçidində, dövlətin hesabına inşa edilən mərasim zallarında tətbiqinə başlanılmasın və bütün regionlarda tətbiqi tövsiyyə edilməsin?
Və ya yenə də Naxçıvanda bu praktika mövcuddur. Din adamlarının - mollaların vahid geyim qaydası. Məgər bu doğru deyil?  İndi fikir verin xüsusən də cənub bölgəsində əksər mollalar İran deyilən dövlətin mollalarının geyindiyi libası geyinir. Niyə? Nə üçün? Olmazmı ki,   aidiyyəti  qurumlar tərəfindən vahid geyim libası müəyyən edilsin? Nədən olmamalıdır ki?
Kaş ki, ehsanla bağlı cəmiyyətimizdə gedən müzakirələrə sərt reaksiya verənlər bir vətəndaş, bir din adamı və Əhli-Beytçi olaraq İran deyilən ölkədə 2019-cu ildə Tasua və Aşura günlərində 51-ci erməni oyunlarının açılış mərasimində səsli-küylü musiqi və kollektiv rəqslər təşkil edilmiş tədbirə təpki verərdilər.
Bu baxımdan zənnimcə təcili olaraq bu sahədə zəruri tədbirlər aparılmalı, bu sahə ilə birbaşa və dolayısı ilə bağlı olanlar müvafiq təşkilatlar tərəfindən ciddi yoxlanılmalıdır. Qafqaz Müsəlmanları İdarəsi  və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi bu  məsələyə  cox  ciddi  yanaşmalı, lazım  gələrsə  onların   strukturlarında əsaslı yenilənmə aparılmalıdır."
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ