Ya sev, ya tərk et!
Tarix: 30-06-2022, 08:11
Baxılıb: 2 180
Google+ Paylaş
Tumblr Paylaş

Ya sev, ya tərk et!

30-06-2022, 08:11

 Ədib İsaoğlu
Əziz xalqımın nümayəndələri olan bəylər və xanımlar, "tovariş"lər və "ağayi dinçi"lər doğma yurdumuzun başının üstündə "kərimə" adlı əcayib bir bəla dolaşmaqdadır. Vallah durub qəfildən bir sual versəniz ki, "kərimə" nədir, sizə cavab verə bilməyəcəyəm. Ona görə ki, heç "kərimə"nin nə olduğunu bilmirəm (nəinki mən, heç o, kərimə deyənlərin çoxusu bilmir). Elə beləcə sosial şəbəkələrdən zaddan başı gözü sarıqlı arvad və ya kişi olduqları bəlli olmayan adamlardan eşitmişəm. Amma onu bilirəm ki kərimə doğma dilimizdə mal heyvan təzəyinə deyirlər. Di gəl ki, təzəkdəndə dövlət olmaz axı.   
 Sözümün məmmədqulusu və canı, bu dövləti könüldən sevən xanımlarımıza və bəylərimizə, elə-belə sevən, tovarişlərə və heç sevməyən ağayilərədir. Əgər ki, bu cür iğtişaş və təxribatların qarşısını hamılıqla almasaq, ən çox canı yanan bu gözəl vətəni sevən vətənpərvərlər olacaq. "Tovariş"lərdə qurtara bilməyəcək bu bəladan. Ağayilər isə tar mar olacaqlar. Ona görə də, el birliyi ilə belə iğtişaşlara yox deməliyik.
    Son zamanlar bir qrup qap-qara geyimli qadınlar peydah olublar və tez-tez talpa şəkilində çığır-bağır salırlar ki, allahı təhqir edən polis və ya polislər cəzalanmalıdır. Mən açığı bilmirəm belə polislər olub ya yox. Onu bilirəm ki, Azərbaycan respuplikası konstitusiyasının 47-ci maddısində fikir və söz azadlığı deyə bənd var. Əgər polis, və ya kimsə allahı söyübdürsə bu onun şəxsi düşüncəsidir. Bəs sizə nə düşüb allahı müdafiə edirsiniz? Ulu Tanrının gücü yetmirmi özünü müdafiə eləsin ki, siz və Taleh müəllim o kişini müdafiə edirsiz? Bəlkə ulu Tanrınıda özününküləşdiribsiniz xəbərimiz yoxdur? Arada dönüb arxanıza baxın görün, sizi ələ salıb qışqırdan dövlət və ya dövlətlərin qadınları hansı gündə yaşayırlar. O. qadınlar artıq yaşadığı rejimlərə nifrət edirlər və müasirliyə inteqrasiya olurlar. Sizlər isə kimlərinsə maşasına çevrilirsiniz. Yenədə 47-ci maddəni sizə xatırladaraq bildirmək istəyirəm ki, siz nə edirsinizsə, özünüz bilərsiniz amma Azərbaycan Demokratik Respublikası bizim doğma vətənimizdir ya sevin, yada tərk edib sevdiyiniz ölkələrdə yaşayın.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ